İrəvan Türkiyə ilə sərhədi azərbaycanlılar üçün açır?

Türkiyə ilə Ermənistan arasında 3-cü ölkə vətəndaşları və yüklər üçün sərhədlərin açılması razılığı bəzi iddialara yol açıb.

Musavat.com axar.az-a istinadən bildirir ki, erməni ekspertlər "3-cü ölkə" deyərkən, Azərbaycanın nəzərdə tutulduğunu bildiriblər.

Türkiyə lideri Ərdoğan və Ermənistan Baş naziri Paşinyan arasında dünənki telefon danışığından sonra aktuallaşan bu iddiaları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "fərziyyə janrı" adlandırmaqla kifayətlənib.

12.07.2022 10:05
792