İrəvan Bakı ilə dəmir yolu əlaqəsinin bərpasını təklif edib

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə dair fikir bildirib.

Musavat.com-un məlumatına görə Paşinyan qeyd edib ki, bu məsələdə həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə qəbul edilə biləcək bir həll yolu tapıblar.

Təklifin detalları hələlik açıqlanmasa da, bunun növbəti proseslərə təkan verəcəyi gözlənilir.

19.12.2024 23:39
896