Yeni ana olan türkiyəli aktrisa İrem Helvacıoğlu həyat yoldaşı və qızı ilə ötən gün düşdüyü qəza haqqında açıqlama yayıb.
Musavat.com xəbər verir ki, aktrisa hadisə ilə bağlı paylaşım edib. O, başına 12 tikiş atıldığını bildirib:
"Arxamızda baş verən qəza nəticəsində motosiklet bizi səkidə sürüdü. O anda qızım Sora qucağımda idi. Ona bir şey olmasın deyə bərk tutmuşdum. Düşəndə başım yerə dəydi. Aldığım xəsarətdən başıma 10-12 tikiş atıldı. Bundan əvvəl yaşadığım qəza səbəbindən əlimdəki sinirlərdə olan zədə daha da artdı. Həyat yoldaşım Ural da xəsarət aldı. Ən böyük şükrümüz qızımızı qoruya bilmiş olmağımızıdır.
Yaşanan bu hadisənin təkrarlanmaması və hadisəni törədənlərin cəzasız qalmaması üçün hüquqi prosedur başladacağıq",-deyə o bildirib.
Qeyd edək ki, İrem hamiləliyin son aylarında yıxılaraq boynundan da zədə almışdı.
Könül
Musavat.com