İraqda yaşayış binası çöküb, ölənlər var

İraqın paytaxtı Bağdadda dördmərtəbəli yaşayış binası çöküb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub.

Xilasedicilər 13 nəfəri dağıntılar altından sağ çıxara bilib. Daha 9 nəfərin axtarışları davam etdirilir.

01.10.2022 18:06
493