İraq İran və Türkiyə ilə sərhəddə HƏRƏKƏTƏ KEÇDİ

“İraq İran və Türkiyə ilə sərhəddə daxili qoşunların 6000-dən çox hərbçisini yerləşdirib”.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, bu barədə İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari bildirib.

“Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirmişik”, - deyə nazir “Al Hadath” telekanalına müsahibəsində bildirib. “İraqın sərhədləri qırmızı xəttdir və biz onun təhlükəsizliyini təmin etmək üçün heç bir şey dayandırmayacağıq”, - daxili işlər naziri qeyd edib.

Əl-Şəmmari əlavə edib ki, bu yaxınlarda Suriya ilə sərhəddə 650 km uzunluğunda divar çəkilib və İraq sərhədlərinin bütövlüyünü təmin etmək üçün müasir avadanlıqlar da alınıb.

14.01.2023 22:56
1079