İraq cəmiyyətinə müraciət: “Ermənistandan saxta içkilər gətirilir”

Ermənistandan İraqa qaçaqmalçılıq yolu ilə saxta məmulatlar aparılır.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı Səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov “Twitter”də yazıb. O, İraq cəmiyyətini düşünməyə çağırıb:

“İraq cəmiyyəti Ermənistandan qaçaqmalçılıq yolu ilə İraqa saxta siqaret və spirtli içkilərin gətirildiyini bilirmi? Bu barədə düşünməyin vaxtıdır...”

Nigar HƏSƏNLİ,
Musavat.com

17.01.2023 15:59
739