İranlılar ABŞ-yə məğlubiyyəti sevinclə qarşıladılar - VİDEO

Ötən gecə İranın futbol komandasının ABŞ-a məğlubiyyətini İran xalqı coşqu ilə qarşılayıb və bayram edib.

Musavat.com xəbər verir ki, bu barədə mouze teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, bütün şəhərlərdə insanlar küçələrə axışıb. Hətta bəzi şəhərlərdə atəşfəşanlıq da olub.

İnsanlar həmçinin "Diktatora ölüm", Xameyniyə ölüm" və "Azadlıq" şüarları səsləndiriblər.

 

30.11.2022 12:26
1237