Türkiyənin Antalya şəhərində keçirilən güləş turniri zamanı iranlı və türkiyəli idmançılar dalaşıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İran və Türkiyə yığmalarının üzvləri türkiyəli Yüksel Sarıçiçek ilə iranlı Məhəmməd Muxtari arasında keçirilən qarşılaşma əlbəyaxa davaya çevrilib. Zaldakı tamaşaçılar da həmçinin tatami üzərinə çıxıblar.
Hakimlərin qərarı ilə hər iki idmançı diskvalifikasiya edilərək yarışdan kənarlaşdırılıb.
@@TVmusavat/80435@@