İranlı nazir Ermənistana gedib

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşı Ermənistanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, o, bir sıra rəsmi şəxslərlə görüşəcək.

Səfərin məqsədi Ermənistanla infrastruktur layihələrinin inkişafını müzakirə etməkdir.

23.10.2023 12:05
681