İranlı din xadimi və “Məhfel” televiziya proqramının jürisi Qulamrza Qasemian Həcc mərasimlərini yerinə yetirərkən Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, iranlı din xadiminin Səudiyyə Ərəbistanındakı vəziyyəti tənqid etdiyi videonun yayımlanması onun həbsinə səbəb olub.
Musavat.com