İranlı deputatlar nüvə silahı ilə bağlı Təhlükəsizlik Şurasına MÜRACİƏT ETDİ

39 iranlı deputat İsrailin hücumu təhlükəsi səbəbindən nüvə silahının yaradılmasına icazə verilməsi tələbi ilə ölkənin Təhlükəsizlik Şurasına müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Musavat.com

09.10.2024 14:17
479