İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Mələki Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edərək, Rusiyanın bu dəhlizlə bağlı iddialarının qəbuledilməz olduğunu bildirib.
Musavat.com-un məlumatına görə, erməni mediası bu barədə “Mehr” agentliyinə istinadən xəbər yayıb.
Bazar günü parlamentin açıq iclasında Fəda Hüseyn Mələki bildirib ki, Rusiya rəsmiləri bu yaxınlarda Zəngəzur dəhlizi ilə bağlı iddia qaldırıblar. Onun fikrincə, sözügedən məsələ İran xalqı və parlamenti üçün qəbuledilməzdir, ona görə də Xarici İşlər Nazirliyi Rusiyaya sərt xəbərdarlıq etməlidir.
Hüseyn xatırladıb ki, İran Ukraynadakı müharibədə Rusiyanın tərəfini tutmaqda ittiham olunur, ruslar isə İranın üç adasını (Böyük və Kiçik Tunbs və Əbu Musa) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid hesab edir və bununla bağlı iddialar irəli sürürlər. Məleki Zəngəzur dəhlizinin İran üçün qəbuledilməz olduğunu vurğulayıb.
Bundan başqa, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışıb ki, bu da İran üçün qəbuledilməzdir və onlara xəbərdarlıq edilməlidir, deyə parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü əlavə edib.
Musavat.com