İranla müharibə QƏRARI VERİLDİ, Xameneyidən orduya təlimat: “HAZIRLAŞIN!” – CANLIda

İranın dini lideri Əli Xameneyi orduya İsrailin ölkəyə mümkün hücumuna cavab ssenariləri hazırlamaq təlimatı verib. Bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, İranın cavabı İsrailin hücumunun miqyasından asılı olacaq.

Nəşrin mənbələrinə görə, İsrail hücumu ancaq hərbi anbarlar və bazalarla məhdudlaşdırsa, Tehran cavab verməmək variantını seçə bilər:

“Bununla belə, əgər zərbə irimiqyaslı itki və dağıntılara səbəb olsa və ya İsrail nüvə, neft və ya enerji infrastrukturuna hücum etsə, İran buna cavab verəcək”. YP yazır ki, bu durumda İran Yaxın Şərqdə, xüsusən də Bəsrə körfəzində enerji təchizatı və daşımaları hədəfə ala bilər. İsrail İranın oktyabrın 1-də ballistik raket hücumuna cavab verəcəyini bəyan edib.

İsrail müdafiə naziri Yoav Qalant və Baş Qərargah rəisi Herzi Halevi İrana hücum planını təsdiqləyib.

Bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb. Hücum tarixi ilə bağlı İsrail hökumətinin qərarı və təsdiqinin gözlənildiyi bildirilib. Həmçinin kanala danışan rəsmi İsrailin İrana hücum hazırlığını ehtiva edən ABŞ kəşfiyyat sənədlərinin sızmasından sonra Təl-Əvivin hücumu təxirə salmaq məcburiyyətində qalması xəbərinin doğru olmadığını deyib.Adı açıqlanmayan rəsmi söyləyib ki, İsrail hücum üçün uyğun vaxtı seçəcək. Tehranın da mümkün gəlişməyə uyğun olaraq, İsrailə cavab hazırlığında olduğu iddia edilir.İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv İranın bu hücuma cavab verəcəyini açıqlayıb

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Mehman İsmayılovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

25.10.2024 14:00
3547