İranın yüksək çinli rəsmisi Zəngəzurla bağlı Moskvaya getdi

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya yola düşüb.

Musavat.com bildirir ki, bununla bağlı İran mediası məlumat yayıb.

Məlumata görə, Əhmədianın Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmilərilə ikitərəfli danışıqlar aparması planlaşdırılıb. Bununla yanaşı o, BRİKS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında da iştirak edəcək.

Musavat.com

10.09.2024 14:16
541