İranın Şuş şəhərində təqaüdçülər etiraz aksiyası keçiriblər - VİDEO

İranın Şuş şəhərində sosial təminat sahəsində çalışmış təqaüdçülər etiraz aksiyası keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Məlumata görə, etiraz edən təqaüdçülər aksiya zamanı “Təminatı oğurlamaq bizi yoxsul edir!”, “Çox yalan eşitdik, ədalət görmədik!”, “Biz təqaüdçülər öz haqqımızı istəyirik!”, “Ayıbımız, ayıbımız, səsimiz!” kimi şüarlar səsləndiriblər.

09.10.2023 14:23
265