İranın raket hücumu nəticəsində 7 yaşlı uşaq ölüb?

İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil.

Bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.

“Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır”, - diplomat bildirib. (Report)

***

İsrail ərazisinə gecə hücumu nəticəsində 7 yaşlı uşaq həlak olub.

Musavat.com-un məlumatına görə, bunu İsrailin Rusiya Federasiyasındakı səfiri Simone Halperin bildirib.

Məlumata görə, İranın hücumlarından sonra İsrailin cənubundakı hərbi hava qüvvələri bazasına cüzi ziyan dəyib.

Musavat.com

14.04.2024 14:08
622