İranın Qarabağdakı talançılıq faktlarının ifşası: Suriyaya qədər uzanan pul trafiki - VİDEO

AZTV-nin sədri Rövşən Məmmədov növbəti dəfə İranın əməllərini ifşa edib. 

Musavat.com xəbər verir ki, Rövşən Məmmədov AZTV-nin efirində yayınlanan verilişdə sensasion faktlar açıqlayıb. 

"Budurmu müsəlmançılır, budurmu dostluq, həmrəylik, İran? Bir qədər öncə ötən illər ərzində Ermənistanla iqtisadi əlaqələrin xarakteri və sayı barədə məlumat verdik. Burada bir maraqlı nüans da var, Ermənistanın bütün iqtisadiyyatı neçə illərdir ki, Rusiyanın nəzarəti altındadır. bəs, necə ola bilər ki, Kreml gəlir gətirə biləcək Ermənistanın resurs mənbələrini İrana güzəştə getsin? Deməli, torbada "pişik" var. Sən demə, fars rejimi düşmənə bu yardımı təmənnasız edirmiş. İran ola, təmənnasız tam yardım edə? Əlbəttə ki, burada iqtisadi maraqlar da var. Əvəzində "babalar" əməlli-başlı Qarabağın sərvətlərinə dadanıblar", - Rövşən Məmmədov qeyd edib. 

Ətraflı videoda:

05.12.2022 00:52
1234