İranın hücumunu dəf etmək İsrailə 1,3 milyard dollara başa gəlib

İsrail ordusunun ehtiyatda olan generalı Ram Aminah İranın hücumunun dəf edilməsinin İsrailə bir gecədə 1-1,3 milyard dollara başa gəldiyi qənaətində olduğunu bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərini yerli “Ynet” nəşri sitat gətirib.

Aprelin 14-nə keçən gecə İran İsrailə 185 pilotsuz uçuş aparatı və 146 raket zərbəsi endirib. İsrail dronların əksəriyyətinin vurulduğunu, İran isə nəzərdə tutulan hədəflərin vurulduğunu açıqlayıb.

Musavat.com

14.04.2024 13:42
744