İranın Ermənistandakı yeni səfiri o oldu

Mehdi Sobhaninin İrəvandakı missiyasını başa vurduqdan sonra Xəlil Şirqolami İranın Ermənistandakı yeni səfiri təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Şirqolami hazırda İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində tədqiqat və təhlillər üzrə direktor müavini vəzifəsində çalışır.

Bu, onun səfir kimi ilk diplomatik missiyasıdır. 

Musavat.com

22.09.2025 15:19
620