İranın Ermənistana daha bir DƏSTƏYİ üzə çıxdı

“İran 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hücumunun qarşısını almağa kömək etdi”.

Musavat.com xəbər verir ki, bunu “Al-Monitor”a müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Bizdə kəşfiyyat məlumatı var idi ki, Azərbaycan ötən ilin sentyabrında daha böyük hücuma hazırlaşır. İranın hərəkətləri və bəyanatları vəziyyətin daha da pisləşməsini dayandırmağa kömək etdi”, - deyə Kostanyan bildirib.

Musavat.com

01.02.2023 15:24
1691