İranın "çomaqlı generallar" sərgisi- Bu görüntülər ciddi müzakirələrə səbəb oldu - VİDEO

Tehran aeroportunda yeni sərgi açılıb ki, həm diqqət çəkir, həm də müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, sərgidə İsrail-İran müharibəsində öldürülmüş generalların, həmçinin İbrahim Rəisi, Şeyx Nəsrullah və Qasim Süleymaninin maketləri nümayiş olunur. Maraqlı detal isə budur ki, maketlərin arxasına bərkidilmiş çomaqlar sərginin “tematik dekorasiyası” kimi istifadə edilib.

Sosial şəbəkədə bu mövzuda ciddi müzakirə açılıb. Maketləri hazırlayanlar kəskin şəkildə qınanıb. 

Sərgi həm ciddi, həm də absurd tərzdə İranın son müharibə xatirələrini “yenidən canlandırır”.

“Çomaqlı generallar” İran memarlıq və sərgi dizaynında yeni trend kimi paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com



Musavat.com

25.08.2025 12:50
1753