İranın Azərbaycandakı yeni səfiri Türkiyə səfirini ziyarət etdi - FOTO

İranın Azərbaycandakı yeni səfiri Möctəba Demirçilou Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat və foto yayıb. Bildirilib ki, görüş nəzakət ziyarəti çərçivəsində keçirilib.

Xatırladaq ki, Möctəba Demirçilou bu yaxınlarda İranın Azərbaycandakı səfiri kimi fəaliyyətə başlayıb.

Musavat.com

15.07.2025 16:42
890