İranın 7 rəsmisinə və 7 qurumuna dəhşətli sanksiyalar gəldi: Aİ-nin yeni QARA SİYAHISI

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İrana bağlı yeddi fərdə və yeddi quruma yeni sanksiyaları təsdiqləyib. Kiyevin Qərb müttəfiqləri bir müddətdir Tehranı Rusiyaya ballistik raketlər göndərməklə Ukraynanın tammiqyaslı işğalına köməkdə ittiham edir.

"Fərda" Radiosunun ötən həftə yazdığına görə, sanksiyalar Rusiyaya silah göndərməkdə əli olan şirkət və fərdləri hədəfə alır. Siyahıya "Iran Air", "Saha Airlines" və "Mahan Air" şirkətləri daxildir.

Sanksiyalar tətbiq olunan fərdlər içində isə müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin tanınmış rəsmiləri var.

ABŞ, Britaniya, Fransa və Almaniya bir aydan çoxdur İranı Rusiyaya Ukraynaya qarşı istifadə etmək üçün ballistik raketlər və aidiyyəti olan texnologiya göndərməkdə ittiham edir. Bu isə Avropa müttəfiqləri arasında konsultasiyalara səbəb olub.

Sanksiya hədəfləri aktivlərinin dondurulmasına və Aİ-yə səyahət qadağalarına məruz qalacaq.

"Iran Air" Avropanın bir sıra şəhərlərinə, o cümlədən Frankfurt, Hamburq, Köln, Paris və Milana birbaşa uçuşlar gerçəkləşdirir.

Bu sanksiyalardan bir neçə gün öncə Aİ-nin xarici siyasət rəhbərinin sözsüzü Peter Stano AzadlıqRadiosuna deyib ki, Aİ-nin İranla münasibətinə "nikbin" yanaşır./Azadlıq Radiosu

14.10.2024 18:15
469