İrandan Livandakı partlayışa reaksiya: Kütləvi qətldir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Livanda rabitə vasitələrinin partladılmasını terror aktı və kütləvi qətl adlandırıb.

“Əslində bir növ kütləvi qətl olan bu irimiqyaslı terror aktı İsrail rejiminin regional və beynəlxalq təhlükəsizliyə təhdid yaratdığını bir daha əyani şəkildə sübut edir”,- İran Xarici İşlər Nazirliyinin Telegram kanalında bildirilib.

Qeyd edək ki, sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin irimiqyaslı partlaması baş verib. KİV-in məlumatına görə, kiberhücum İsrail kəşfiyyatının agenti Mahşir Keşer tərəfindən həyata keçirilib. O, əvvəllər Hizbullahın logistika marşrutlarına yönəlmiş müxtəlif əməliyyatlar həyata keçirib. Partlayışlar nəticəsində 8 nəfər ölüb, 2,8 mindən çox insan yaralanıb.

Yaralılar arasında İran səfiri Moctaba Amani də var. Onun həyatı təhlükədə deyil. Partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub.

 

Şahanə Rəhimli
Musavat.com

18.09.2024 01:46
394