İrandan gərginliyi artıracaq addım: Təbrizdə Ermənistan konsulluğu açılır - "Yeni Şafak"ın təhlili

Dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə başda Azərbaycan olmaqla türk dünyasını yaxından maraqlandıran çox təəccüblü qərar qəbul edilib.

Musavat.com Yeni Şafak saytına istinadən xəbər verir ki, qərara əsasən, əhalisinin 95 faizi türk olan İranın Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən bəyan edilib. Erməni konsulluğu üçün türklərin ən çox yaşadığı şəhərlərdən olan Təbrizin seçilməsi türk dünyasına qarşı mesaj kimi şərh edilib. Məlum olduğu kimi, Tehran rəhbərliyi uzun illər Təbrizdə Azərbaycanın analoji tələblərinə cavab verməyib və konsulluğa icazə bürokratik danışıqlardan sonra verilib. 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın ilk həftələrini Ermənistan konsulluğunun açılış tarixi kimi qeyd edib. 

72f69e58-7lggs0h346v0o3njb8z3g.jpeg (164 KB)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani yanvarın 1-də konsulluğun açılması ilə bağlı açıqlamasında Ermənistan və İran arasında əvvəllər imzalanmış ikitərəfli sazişlərin olduğunu vurğulayıb. O bildirib ki, bu müqavilə çərçivəsində “erməni tərəfi Təbrizdə öz baş konsulluğunu açacaq”.

Qeyd edək ki, həmin razılaşma Azərbaycanın Qarabağ Qələbəsindən sonra imzalanıb. 

Qarabağ müharibəsində Ermənistana dəstək verən İran hər fürsətdə Azərbaycanın işğal etdiyi torpaqları azad etməsindən sonra qazandığı uğurlara qarşı çıxdı.

İran və Ermənistan arasında diplomatik trafik 2021-ci ildə daha da artıb. Və bunun üçün ilk addım da İrandan gəldi. 

671911dc-4d5bp7tqvzoa4spw18tnvk.jpeg (171 KB)

2021-ci ilin dekabrında hər iki tərəfin xarici işlər nazirləri ilə keçirilən sammitdə qarşılıqlı konsulluqların açılması qərara alınıb. Təşəbbüs isə İrandan gəlib. 

2022-ci ilin oktyabrında İran Ermənistanın Kapan şəhərində konsulluq əməliyyatlarına başlayıb.

İranın konsulluğuna üstünlük verdiyi Kəpan şəhərinin düz Azərbaycan sərhədində yerləşməsi də diqqət çəkir. 

 

Musavat.com

09.01.2024 22:46
1122