İrandan Ermənistana dəstək açıqlaması  

İran Ermənistanın suverenliyinə xələl gətirmək cəhdlərinə dözməyəcək.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu iranlı professor Məhəmməd Mərəndi sosial şəbəkələrdəki şəxsi hesabında yazıb. “İran həmişə Azərbaycan Respublikasının tam suverenliyinin bərpasını, eləcə də Ermənistan vətəndaşlarının hüquqlarına tam hörmət edilməsini dəstəkləyib.

Bununla belə, İran Ermənistanın suverenliyinə xələl gətirmək cəhdlərinə dözməyəcək. İrandan İrəvana gedən yollar bağlanmayacaq”, - Mərəndi daha sonra əlavə edib.

Musavat.com

08.09.2023 12:38
2713