İran ABŞ və Britaniyanən Yəmənə hücumunu pisləyib
Musavat.com bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məsələ ilə bağlı açıqlamasında aşağıdakıları deyib:
“ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hərbi hücumlarını kəskin şəkildə pisləyirik. Bu özbaşına hərəkət Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması və beynəlxalq qanun və qaydaların pozulmasıdır”.