İranda zəlzələ baş verib

İranın Hörmüzqan əyalətində 4.2 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Hörmüzqan əyalətinin Parsiyan bölgəsində yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Hələlik dağınıtılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, artıq iki həftədir ki, Hörmüzqan əyalətində davamlı zəlzələlər qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində evlərə ziyan dəydiyi bildiilir.

23.06.2022 02:37
301