İranda yük maşını sürücüləri ayağa qalxdılar - VİDEO

İranın Qonabad şəhərində yük maşını sürücüləri dizel yanacağının limitlə satılmasına etiraz ediblər.

“Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər yayıb.

Bildirilir ki, dizel satışı məntəqələri saatlarla növbə gözləyən maşınlara 50-100 litrdən artıq yanacaq satmır. Bu da yük daşımağa imkan vermir və sürücülər beləcə ailələrinə çörək qazana bilmirlər.

20.06.2023 15:52
612