İranda yaşayan soydaşlarımızın taleyi Xudafərin körpüsündə müzakirə edildi - VİDEO

Mədəniyyət TV-nin "Körpü" verilişinin növbəti buraxılışı İranda yaşayan soydaşlarımızın taleyi və Azərbaycan dövlətinin soydaşlarımıza qayğısına həsr olunub.

Musavat.com xəbər verir ki, verilişin qonaqları aparıcı Sayman Aruz, Güney Azərbaycan Televiziyasının rəhbəri Əhməd Obalı, "Yeni Müsavat" Media Qrupunun başqanı Rauf Arifoğlu olub.

Çıxışçılar bildiriblər ki, İranda yaşayan yurddaşlarımızın taleyində boy göstərən repressiyalarda İran rejiminin düşmən mövqeyi danılmazdır. Onların insan hüququ tapdanır, öz dillərində təhsil almaq hüququ yoxdur, tarixi abidələr dağıdılır.

Musavat.com həmin verilişi təqdim edir:

14.02.2023 01:12
1212