İranda jurnalistlərə qarşı təzyiqlərin davamı olaraq Nəsrin Həsəni adlı jurnalist yeddiaylıq həbs cəzasını çəkmək üçün saxlanılaraq Bocnurd şəhər zindanına aparılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Nəsrin Həsəniyə ictimai düşüncəni çaşdırmaq məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaq və ictimai yerlərdə hicabsız gəzmək ittihamları ilə yeddi ay həbs və əlavə olaraq 10 milyon tümən (405 manat) cərimə cəzası verilib.