Bu gün İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ölkənin dörd əyalətində İŞİD-Xorasan (İŞİD-in Əfqanıstan qolu) kimi tanınan terror qruplaşmasının 14 üzvünün saxlanıldığını açıqlayıb.
Məlumata görə, İŞİD-Xorasan terror qruplaşmasının 7 üzvü Fars əyalətində, digər 7 üzvü isə Tehran, Əlborz və Xuzestan əyalətlərində ələ keçirilib.
Qeyd olunub ki, həbs olunan terrorçular son bir neçə gündə terror əməliyyatları keçirmək məqsədilə qanunsuz şəkildə İrana daxil olublar. (İSNA)