İki silahlı məbədin ərazisinə girməyə cəhd edib, onlardan biri saxlanılıb, ikincinin ələ keçirilməsi cəhdləri davam edir. Sözügedən radikal şəxs məqbərənin girişində atəş açmağa davam edir.
APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda bina mühasirəyə alınıb, ətraf ərazi hüquq-mühafizə qüvvələrinin nəzarəti altındadır.
Region qubernatorunun müavini İsmayıl Səflinin sözlərinə görə, hücumda azı 8 nəfər xəsarət alıb.
***
İranın Şiraz şəhərində terror aktı törədilib.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb. Bir neçə nəfər yaralanıb.
Fars vilayətinin valisi hücumu terror aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, hücumda 5 nəfər ağır yaralanıb.
Xatırladaq ki, ötən oktyabrda da Şahçerağ ziyarətgahına silahlı hücum olmuşdu. (APA)
@@TVmusavat/66774@@