İranda terror aktı: çox sayda ölən var - YENİLƏNİB

İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.

3 silahlı şəxsin Şahçerağ ziyarətgahına odlu silahla hücumu zamanı ən son məlumatlara görə, 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.

***

İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.

Musavat.com İran telegram kanallarına istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 17:45-də 3 silahlı şəxs Şahçerağ ziyarətgahına odlu silahla hücum edib.

2 terrorçu həbs edilib, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.

Bəzi xəbər mənbələri bu terror hücumunda 15 nəfərin öldüyünü, 10 nəfərin yararlandığını bildirir.

Toğrul İSMAYIL,
Musavat.com

26.10.2022 19:34
3703