İranda qaz yatağı kompleksində yanğın baş verib

İranda Əsaluyə qaz yatağı kompleksində yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın üçüncü emal zavodunda günün ikinci yarısında qeydə alınıb.

Hadisəyə qaz partlaması səbəb olub.

Partlayış və yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Şiraz şəhərində xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti kritikdir.

14.07.2022 00:40
275