İranda polis kənd sakinlərinə hücum edib - VİDEO

İranın Bane bölgəsinin kəndlərindən birində polis qüvvələri əkin torpaqlarının sahiblərinə hücum çəkiblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı paylaşım edib.

Qeyd edilib ki, qarşıdurma əhaliyə məxsus kənd təsərrüfatı torpaqlarına icazəsiz, hətta torpaq sahiblərinə dəymiş ziyanı ödəmədən elektrik dirəkləri və dayaqlarının quraşdırılması ilə başlayıb.

Belə ki, elektrik dirəkləri və dayaqlarının quraşdırılması ümumiyyətlə əkin ərazisinin korlanmasına səbəb olur və onu yararsız hala gətirir.

26.07.2022 16:32
556