“İranda siyasi məhbus olan 34 qadın “Qadın, Həyat, Azadlıq” hərəkatının ikinci ildönümü və Məhsa Əmininin ölümünün ikinci ildönümü ilə əlaqədar aclıq aksiyası keçirir”.
Musavat.com xarici KİV-ə istinadən bildirir ki, bunu Nobel Sülh Mükafatı laureatı Narges Mohammadi deyib.
52 yaşlı Məhəmmədi 2021-ci ilin noyabrından Tehranın məşhur Evin həbsxanasında həbsdədir. O, son on ilin çox hissəsini həbsxanada keçirib və dəfələrlə aclıq aksiyası keçirib.