İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub - VİDEO

İranın İsfahan şəhərində bir neçə güclü partlayış olub.

“Report” xəbər verir ki, bu barədə İran dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, partlayış Müdafiə Nazirliyinin sursat istehsalı zavodunda baş verib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

29.01.2023 02:05
1160