İranın Yəzd əyalətində mədənçilər etiraz tətilinə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə Azad İran telegram kanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Çoğart daş filizi mədənində çalışan işçilər ağır iş rejimi fonunda yetərsiz və gecikən əməkhaqları səbəbilə işi dayandıraraq etiraz tətili keçirirlər.
Musavat.com