İranda İsrailə casusluqda ittiham olunan dörd nəfər edam edildi - FOTO

İranda ötən ilin iyulunda İsfahanda həbs edilmiş dörd məhbus dar ağacından asılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.  

Məlumata görə, onlar İraq Kürdüstanından İran ərazisinə qanunsuz şəkildə daxil olub və İsfahanda İranın Müdafiə Nazirliyinə məxsus hərbi avadanlıq istehsalı zavodunda terror aktı törətmək niyyətində olublar.

Qeyd olunub ki, edam edilənlər İsrailin “Mossad” kəşfiyyat və xüsusi xidmət orqanına bağlı olublar.

29.01.2024 18:08
376