İranda ilk dəfə qadın hökumət sözçüsü təyin edildi

İranda ilk dəfə qadın hökumət sözçüsü təyin edilib.

Musavat.com İRNA-ya istinadən xəbər verir ki, bu gün Nazirlər Kabinetinin iclasında İran prezidenti Məsud Pezeşkianın təklifi ilə Fatimə Mühacirani hökumət sözçüsü təyin olunub.

Məlumata görə, Seyid Kamal Təqəvi isə Nazirlər Kabinetinin katibi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, 13-cü hökumətin (İbrahim Rəisi) dövründə Nazirlər Kabinetinin katibi və hökumətin sözçüsü Əli Bəhadori Cəhromi idi.

Musavat.com

28.08.2024 16:28
300