İranda hökumət qüvvələri bir ailəni güllələdi - VİDEO

İranın Səravan şəhərində hökumət qüvvələri 4 nəfərdən ibarət bir ailəni güllələyiblər. 

Musavat.com bu barədə "Azad İran" telegram kanalına istinadən xəbər verir.

Səravan şəhərinin mərkəzində hökumət qüvvələri "Peugeot Pars" markalı minik avtomobilini atəşə tutub. Avtomobildə olan ailənin üzvlərindən biri-28 yaşlı gənc ölüb, digər üç nəfəri isə yaralanıb. 

 

Musavat.com

14.05.2024 01:29
832