İranda hərbi baza partlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi bazasında güclü partlayış baş verib.

AZƏRTAC İran saytlarına istinadla xəbər verir ki, partlayış nəticəsində güclü yanğın başlayıb və 2 nəfər həlak olub.

Qeyd olunur ki, partlayış SEPAH-ın İranın şimalındakı Semnan şəhərində yerləşən hərbi bazasında baş verib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

03.05.2023 11:25
649