İranda helikopter qəzası nəticəsində həlak olanların cənazəsi Təbrizə göndərilib

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların cənazəsi Təbrizə göndərilib.

Musavat.com xəbər verir ki, bu barədə Qızıl Aypara məlumat və video yayıb.

Videodan görünür ki, Qızıl Ayparanın xilasediciləri ölənlərin cənazəsini aparır.

Nəzərinizə çatdıraq ki, qəza nəticəsində İran prezidenti İbrahim Rəisinin helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

@@TVmusavat/86227@@

20.05.2024 10:08
1972