Noyabrın 7-dən 11-dək İranın Xuzistan əyalətində hava çirkliliyinə görə 2 500 nəfər xəstəxanalara müraciət edib.
“Report” “Haber Global” telekanalına istinadən xəbər verir ki, müraciət edən hər 10 nəfərdən 1-i stasionar müalicə alıb.
Müraciət edənlər arasında xüsusilə ürək və ağciyər xəstəliyindən əziyyət çəkənlər, tənəffüs dərmanlarından istifadə edənlər, yaşlılar və uşaqlar da var.