İranda GÜCLÜ PARTLAYIŞ 

İranın cənubunda neft emalı zavodunda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, neft emalı zavodu Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində yerləşir. Partlayışa səbəb təbii qaz sızması olub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

25.09.2023 18:54
976