İranda evə silahlı basqın edildi: Ailə süfrə arxasında soyuldu- ŞOK VİDEO

Sosial şəbəkələrdə paylaşılan videoya görə, dünən Tehranda evlərdən birində silahlı soyğunçuluq edilib.

Musavat.com xəbər verir ki, məlumata görə, silahlı qarət ev sakinləri süfrə arxasında nahar edərkən baş verib.

Bildirilib ki, pala və tüfənglə silahlanan üzü bağlı beş nəfər evdən pul, qızıl və yemək oğurlayıblar.

04.09.2024 12:22
378