İranda əməliyyat- Din xadimi girov götürüldü

 

İranın cənub-şərqində yerləşən İranşəhr şəhərində silahlı insident baş verib. Naməlum, maskalı şəxslər yerli din xadimini girov götürüblər.

Musavat.com-un məlumatına görə, hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri cəlb olunub və girovun azad edilməsi, eləcə də cinayətkarların saxlanılması məqsədilə əməliyyat başlayıb.

İranşəhr polisinin komandanlığından verilən rəsmi açıqlamada bildirilib ki, əməliyyat davam edir və hadisə ilə bağlı istintaq başlanıb. Hazırda hüquq-mühafizə orqanları məsələni nəzarətdə saxlayır.

Musavat.com

21.05.2025 17:03
604