İranda daha bir din xadimi öldürülüb.
Musavat.com İran mediasına istinadən xəbər verir ki, İranın Məşhəd şəhərində "Adel Şahi" vəqfinin müdiri 77 yaşlı Cəfər Cəfərzadə Daneşvər avtomobil dayanacağında pusqu qurmuş silahlı şəxs tərəfindən güllələnərək öldürülüb.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır.
Qətli törədən şəxsin kimliyi hələlik bəlli deyil.
Musavat.com