İranda Cənubi azərbaycanlı vəkil HƏBS EDİLDİ - FOTO

İranda Cənubi azərbaycanlı hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi həbs edilib.

Musavat.com bu barədə “Azad İran”a istinadən xəbər verir.

Məlumata görə, o, oktyabrın 12-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

Fəqihinin Tehranda “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada saxlanıldığı bildirilir.

Musavat.com

 
 
13.10.2022 13:50
619